Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm”, - deyə Ağ Evin saytında bildirilib.
Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.
Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb. Bundan əvvəl Texasda ticarət mərkəzində atışma olub. Hücum edən ölüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:45 / 08.05.2023
ABŞ bayraqları yarıya endirildi - Bayden ƏMR VERDİ
Hazırda oxunan: ABŞ bayraqları yarıya endirildi - Bayden ƏMR VERDİ
Hazırda oxunan: ABŞ bayraqları yarıya endirildi - Bayden ƏMR VERDİ
134817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.