Çində daşqınlarda 4 nəfər itkin düşüb

Çində daşqınlarda 4 nəfər itkin düşüb

Hazırda oxunan: Çində daşqınlarda 4 nəfər itkin düşüb

134806

Çinin Fucien vilayətində bir neçə gündür davam edən şiddətli yağışların törətdiyi fəsadlarla mübarizəyə cəlb olunmuş işçilərdən 4-ü itkin düşüb.

Bizim.Media vilayət hökumətinin məlumatına istinadən xəbər verir ki, hadisə mayın 7-də səhər Lonyan şəhərinin Sinluo rayonunda baş verib.

Onlar Lonçuan çayında suyun səviyyəsini ölçərkən üzərində olduqları körpünü su aparıb. Sinluoda şiddətli yağışların törətdiyi fəsadlarla mübarizəyə müxtəlif qurumlardan 2 mindən çox işçi cəlb olunub. Bölgəyə düşən yağıntının miqdarı (247 millimetr) 1961-ci ildə qeydə alınmış rekordu yeniləyib. İtkin düşənlərin axtarışlarına 500 nəfər cəlb olunub.

Vilayətin təbii fəlakətlərlə mübarizə qərargahı şiddətli yağışlarla əlaqədar 4-cü səviyyədə fövqəladə hazırlıq elan edib. Mayın 5-dən etibarən vilayət üzrə 64 dairə statusundakı inzibati ərazi vahidinə tabe olan 652 şəhər və qəsəbədə yağıntının miqdarı 50 millimetri, 261 şəhər və qəsəbədə 100 millimetri ötüb.
Quancı dairəsində isə son 48 saatda yağan şiddətli yağışların insan həyatı üçün təhlükə yaratması səbəbindən 164 nəfər təxliyə edilib.

Qeyd edək ki, son günlər Çinin bir neçə bölgəsində davam edən aramsız yağışlarla əlaqədar Ciansi vilayətində də 4-cü səviyyədə fövqəladə hazırlıq elan edilib. Şiddətli yağışlar İçun şəhərindəki Çinfen bəndinin çökməsinə səbəbə olub.

Bənd sularının basa biləcəyi ərazilərdə xilasetmə işlərinə min nəfərdən çox canlı qüvvə cəlb olunub. Əhalinin təxliyəsi, infrastrukturun, o cümlədən Pekin-Honkonq dəmir yolu xəttinin ərazidən keçən hissəsinin daşqınlardan qorunmasının təşkili ilə bağlı yerli hökumətlərə tapşırıq verilib.

Ölkənin meteorologiya qurumu şiddətli yağışların Quandun vilayətində də fəsadlar törədə biləcəyi barədə xəbərdarlıq edib.

Ümumiyyətlə, martın sonundan etibarən Çinin cənub vilayətlərində başlayan mövsüm yağışları müxtəlif fəsadlara səbəb olub. Çaylarda suyun səviyyəsi təhlükəli həddi keçib, 6 vilayətdə çaylar daşaraq, ətraf əraziləri su basıb. Ötən illərlə müqayisədə builki daşqınlar daha dağıdıcıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO