Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçür - FOTO

Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçür - FOTO

Hazırda oxunan: Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a köçür - FOTO

134786

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ailəsi ilə birlikdə ABŞ-a mühacirət etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu sensasion informasiya erməni mətbuatında yerləşdirilib.

“Köçəryanın köçmək üçün əsası var. Onun üç nəvəsi ABŞ-da doğulub,  oğlu həyat yoldaşı ilə artıq ora köçür. Robert Köçəryanın göstərişi ilə ailənin pulunu və biznesini xaricə çıxarmaq üçün proseslər başlayıb”, - media yazır.
Qeyd olunur ki, dünən Robert Köçəryan öz partiyasının üzvləri ilə qapalı görüş keçirib, söhbətin təfərrüatlarını görüş iştirakçılarından heç biri açıqlamır.

Bu, jurnalistləri belə düşünməyə vadar edir ki, Köçəryanın gedişinin xəbərlərdə gurultulu olacağını anlayaraq, heç kim vaxtından əvvəl informasiya sızmasının səbəbkarına çevrilmək istəmir.

“Köçəryanın mühacirəti həm də Serj Sarkisyanın fəallığının kəskin artması ilə bağlıdır. O, nəyisə bilir və müxalifət düşərgəsində boş yer tutmaq ümidi ilə fəallaşıb”, – jurnalistlər bildirir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO