Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi - FOTO

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi - FOTO

Hazırda oxunan: Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirildi - FOTO

134784

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların nümayəndələri mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçiriblər.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildirilib ki, Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzə yaxın Qərbi azərbaycanlı fəalı iştirak edib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə İcmanın İdarə Heyətinin sədr müavini, deputat Ramil Həsən və İcmanın sözçüsü Ülviyyə Zülfiqar daxil idi.
Aparılmış müzakirələr zamanı Qərbi Azərbaycan mövzusu, Qərbi Azərbaycan İcmasının geri qayıdış hüququnun reallaşması sahəsində həyata keçirdiyi fəaliyyət, sözügedən insan hüquqları məsələsinə dünya ictimaiyyətinin dəstəyinin əldə edilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda Bəyannamə qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO