Çavuşoğludan Suriya ilə bağlı VACİB AÇIQLAMA

Çavuşoğludan Suriya ilə bağlı VACİB AÇIQLAMA

Hazırda oxunan: Çavuşoğludan Suriya ilə bağlı VACİB AÇIQLAMA

134775

“Suriya ilə münasibətlərin normallaşdırılmasında irəliləyiş ilkin şərtlər olmadan mümkündür”.

Bizim.Media “Haber Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ancaq bu, Suriya hakimiyyətinin yanaşmasından asılıdır. Əgər ilkin şərt kimi desələr ki, Silahlı Qüvvələrinizi çıxarın, onda irəliləyişdən danışmağa ehtiyac yoxdur. Amma yol xəritəsi çərçivəsində atacağımız konkret addımları müəyyən etsək, o zaman bəzi addımları atmaq mümkündür” – deyə, o vurğulayıb.

Çavuşoğlu bir müddət əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 10-da Moskvaya gedəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO