"Dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıtmaya bilər”
Bizim.Media xəbər verir ki, bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts CNN telekanalına verdiyi müsahibədə bildirib.
“Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”,- deyə Bill Qeyts qeyd edib.
Onun sözlərinə görə, ABŞ artıq payız aylarında normal vəziyyətə qayıdacaq. Ölkədə bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək.
O, pandemiya üzərində qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazım olduğunu vurğulayıb və indiyə qədər yardımların yalnız zəngin ölkələrə getdiyini bildirib.
İş adamı həmçinin Hindistan kimi ölkələrə əlavə vaksin istehsalını artırmaq lazım olduğunu deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:55 / 02.03.2021
\"Pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik\" - Bill Qeyts
Hazırda oxunan: \"Pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik\" - Bill Qeyts
Hazırda oxunan: \"Pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik\" - Bill Qeyts
13476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.