Hataydakı qəzada ölənlərin sayı 12 nəfərə ÇATDI - FOTO 

Hataydakı qəzada ölənlərin sayı 12 nəfərə ÇATDI - FOTO 

Hazırda oxunan: Hataydakı qəzada ölənlərin sayı 12 nəfərə ÇATDI - FOTO 

134733

Türkiyənin Hatay vilayətində baş verən qəzada ölənlərin sayı 12-yə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” hesabında məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hataydakı qətliama bərabər qəzanın TƏFƏRRÜATLARI - FOTO - YENİLƏNİB


“Zəncirvari yol qəzasında yük maşını və avtobusda yanğın baş verib. Antakyanın Topboğazlı rayonunda 12 vətəndaşımız həlak olub.

Üçü ağır olmaqla, 31 soydaşımız yaralanıb. Hadisə yerinə 22 təcili yardım və 3 UMKE qrupu səfərbər olub. Ölənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm.  

Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşması üçün əlimizdən gələni edəcəyik. Hər birinə tezliklə şəfa diləyirəm”, - deyə nazir qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO