"Facebook"dan "TikTok"a yeni rəqib

Hazırda oxunan: "Facebook"dan "TikTok"a yeni rəqib

13472

Facebook istifadəçilərin hazır ritmlərdə rap edə və bu videoları paylaşa biləcəyi yeni tətbiq haqqında məlumat paylaşıb. BARS adlı bu tətbiqdə 60 saniyəyə qədər edilə bilən rap videoları TikTok-a bənzər ana səhifədə paylaşılacaq.

Facebook tətbiqdəki səs effektlərinin studiya keyfiyyətində olduğunu bildirir.

Bizim.Media xəbər verir ki, hal-hazırda qapalı beta versiyasında olan bu tətbiq üçün qeydiyyatdan keçmək və tətbiq mümkün olan kimi dərhal daxil olmaq imkanı var.

Tətbiqin ilk mərhələdə istifadəçilərin səviyyəsini öyrənəcəyi və şəxsə görə məzmun təklif edəcəyi bildirilir.

Hələ ki, yalnız iOS platformalı telefonlar üçüntəqdim edilən tətbiqin tanıtım yazısının təsvirində "BARS tətbiqi App Store-da! İstifadəçi adınızı sifariş edin və tətbiqə ilk çatanlar arasında olun. " cümlələri yazılıb. (techland)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO