Azərbaycan ordusu dünyaya müharibə dərsi keçir

Azərbaycan ordusu dünyaya müharibə dərsi keçir

Hazırda oxunan: Azərbaycan ordusu dünyaya müharibə dərsi keçir

1345

Azərbaycan ordusunun Qarabağda 27 sentyabrdan etibarən başlayan hərbi əməliyyatları dünyanın əksər ölkələri tərəfindən ciddi şəkildə izlənilməkdədir. Bir sıra tədqiqatçılar və hərbi analitiklər tərəfindən Azərbaycan ordusunun Qarabağdakı hərbi əməliyyatları XXI əsrdə klassik müharibə ənənəsinin sonu kimi qiymətləndirilir.

23 oktyabrda “Smoll Vars” jurnalı Qarabağ müharibəsində dronlardan istifadə ilə bağlı məqalə yayımlayıb. Məqalədə Qarabağ müharibəsi dronlardan total və effektiv şəkildə istifadə olunan ilk müharibə olaraq qeyd olunur.

Jurnal müharibədə dronların fəaliyyətinə üstünlük verilməsini “inqilabi” bir yenilik adlandırır və bunun bir çox müharibə qanunlarını dəyişdirdiyini qeyd edir. “Orduların dronlaşması” artıq yaxın gələcək üçün qaçınılmaz bir şərtə çevrilib. Bu amil digər ölkələri də anti-dron silahları və hava hücumundan müdafiə sahəsində ixtisaslaşmaya sövq edəcəyini qeyd edib.

London Kral Kollecinin müharibə tədqiqatçısı, keçmiş dəniz piyadası olan Rov Li Azadlıq radiosuna müsahibəsində “Azərbaycan müharibə meydanında çox böyük uğurlar əldə edir, bu cür uğurları biz son 20-25 ildə görməmişdik”,- deyə qeyd edir.

Belə ki, dronlardan istifadə bu vaxta qədərki əməliyyatlarla müqayisədə Azərbaycan ordusunun strategiyasının müharibədə insan faktorunun rolunu önəmli dərəcədə azaldır, eyni zamanda artilleriya vasitələrindən və raket qurğularından da effektiv istifadəyə imkan verir.

Dronlardan sadəcə kamikadze və aviazərbələr üçün istifadə edilmir. Müşahidə, kəşfiyyat və düşmənin koordinatlarını müəyyən etmək işində də olduqca effektiv vasitədir.

Mitçell Aerokosmik Araşdırmalar İnstitutunun analitiki Dan Gettinger isə Azərbaycanın müharibədəki uğurlarının əsasında təkcə dronlardan istifadə yox, eyni zamanda yüksək dağıdıcı gücə malik artilleriya vasitələrindən də paralel şəkildə istifadə olunmasında görür.

Onun fikrincə, bu amil döyüş meydanında təsir gücünü daha da artırmaq üçün edilir və olduqca uğurludur. Azərbaycan artilleriya qüvvələrindən daha səmərəli və dağıdıcı istifadə üçün dron texnologiyasını olduqca uğurlu şəkildə inteqrasiya etdirib.

ABŞ-ın hərbi və strateji araşdırmalar üzrə dosenti Mike Fovler də dronlardan istifadənin Azərbaycan üçün olduqca uğurlu seçim olduğunu qeyd edir. Onun fikrincə, məhdud imkanlar daxilində hərbi təyyarələrə böyük xərclər çəkməkdənsə, daha ucuz olan dronlardan istifadə edilməsi ağıllı strategiyadır.

Əgər təyyarəniz vurularsa, həlak olacaq, ya da düşmən tərəfindən ələ keçiriləcək bir pilotunuz olmayacaq. Dronlarla isə itkiləriniz daha az olacaq, vurulduğu anda başqa bir dronu uçurtmağınız üçün cəmi bir neçə dəqiqə vaxt lazım olacaq,- deyə Fovler qeyd edib.

Rəvan Əliyev, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO