Lavrov Ukraynanı hədələdi:

Lavrov Ukraynanı hədələdi: "Kremlə PUA hücumuna cavab veriləcək"

Hazırda oxunan: Lavrov Ukraynanı hədələdi: "Kremlə PUA hücumuna cavab veriləcək"

134462

“Rusiya Ukraynaya konkret addımlarla cavab verəcək”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: 

“Ukrayna Prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, Ukrayna Qərbin xəbəri olmadan Kremlə hücum edə bilməzdi”. 

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb. 
Xatırladaq ki, daha əvvəl Kremin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ı ittiham etmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO