"Məhkəməyə qədər Ermənistana daxil olmuş iki Azərbaycan əsgərinin ekstradisiyasına icazə verilmir və qanunla nəzərdə tutulmayıb".
Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan danışıb.
Gələcəkdə belə bir ehtimala gəlincə isə o, qeyd edib ki, məsələ onun səlahiyyətində deyil.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov artıq 23 gündür ki, Ermənistan ərazisində saxlanılır.
Bizim.Media