Pol Qobl: “Rusiya Zəngəzur dəhlizilə bağlı irəliləyişə mane olmağa çalışır” – EKSKLÜZİV 

Pol Qobl: “Rusiya Zəngəzur dəhlizilə bağlı irəliləyişə mane olmağa çalışır” – EKSKLÜZİV 

Hazırda oxunan: Pol Qobl: “Rusiya Zəngəzur dəhlizilə bağlı irəliləyişə mane olmağa çalışır” – EKSKLÜZİV 

134109

“Vaşinqtondakı görüşlər kənardan müdaxilədən çox ikitərəfli danışıqlara yönəldilməsi baxımından əhəmiyyətlidir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin keçmiş müşaviri Pol Qobl deyib. Vaşinqtonda ABŞ Dövlət Departamentinin katibi Antoni Blinkenin təşəbbüsü Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edən Pol Qobl hesab edir ki, hazırda da davam edən görüşün əsas mahiyyəti hər iki tərəfin birbaşa dialoqda olmasıdır. 

“Bakı və İrəvan bir-biri ilə nə qədər çox danışsa, razılaşma şansı bir o qədər artır. Hesab edirəm ki, katib Blinkenin dediyi ən mühüm şey bu danışıqların başqa bir şeydən çox ikitərəfli olması idi. Bu, razılaşmanın qaçılmaz olduğu demək deyil, lakin bu xətt üzrə real irəliləyiş mümkündür”, - deyə P.Qobl bildirib.

Rusiyanın danışıqlara münasibətinə toxunan Qobl, Moskvanın diqtəsi ilə sülh bağlanmasının Putin üçün önəmli olduğunu vurğulayıb.

“Rusiya şərtləri diktə etmədikcə, razılaşma əldə etmək istəmir. Mənə elə gəlir ki, heç vaxt da istəməyib. Ona görə də həm birbaşa, həm də İranla əməkdaşlıq yolu ilə, xüsusən də Zəngəzurla bağlı irəliləyişə torpeda vurmağa çalışacağına inanmaq olar”, - deyə P.Qobl əlavə edib.

Qeyd edək ki, mayın birindən etibarən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb. Danışıqlar ikitərəfli olmaqla hazırda da davam etdirilir.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO