Kiyevə İranın kamikadze dronları ilə hücum edildi

Kiyevə İranın kamikadze dronları ilə hücum edildi

Hazırda oxunan: Kiyevə İranın kamikadze dronları ilə hücum edildi

134036

Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 3-də gecə saatlarından başlayaraq rus qoşunları tərəfindən İranın “Şahed” tipli kamikadze dronlarla hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko teleqram kanalında məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri düşmənin bütün kamikadze dronlarını vurub. Düşmənin hava hücumu nəticəsində paytaxtda tələfat və dağıntı yoxdur.

S.Popko bildirib ki, düşmənin taktikası dəyişməz qalıb. Belə ki, hücumlar havanın qaranlıq saatlarında müxtəlif istiqamətlər üzrə İranın kamikadze dronları ilə həyata keçirilir.

“İlkin məlumata görə, paytaxt ətrafındakı hava məkanında düşmənin bütün hədəfləri aşkar edilərək vurulub. Hazırda əməliyyat hesabatının məlumatları dəqiqləşdirilir”, - deyən Popko qeyd edib.

Xatırladaq ki, daha əvvəl, mayın 1-nə keçən gecə Kiyevə raket və kamikadze dronları ilə hücum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO