Quterreş: “Əfqanıstandakı böhran dünyanın ən böyük humanitar fəlakətidir”

Quterreş: “Əfqanıstandakı böhran dünyanın ən böyük humanitar fəlakətidir”

Hazırda oxunan: Quterreş: “Əfqanıstandakı böhran dünyanın ən böyük humanitar fəlakətidir”

134024

“Əfqanıstandakı humanitar böhran dünyanın ən böyük humanitar fəlakətidir”. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrin görüşündən sonra jurnalistlərə bildirib. 

“Əfqanların 97%-i yoxsulluq içində yaşayır. Əhalinin üçdə ikisinin - 28 milyonunun sağ qalmaq üçün bu il humanitar yardıma ehtiyacı olacaq”, - deyə Quterreş qeyd edib. 
O bildirib ki, 6 milyon əfqanıstanlı uşaq, qadın və kişi aclıqdan ölmək təhdidi ilə üz-üzədir:

“Bu məqsədlə 4,6 milyard dollar toplamalıyıq. Amma cəmi 294 milyon dollar əldə edə bilmişik. Bu, lazım olan ümumi məbləğin 6,4%-ni təşkil edir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO