“Qızıl qlobus”un qaliblərinin adları açıqlandı - İlin ən yaxşılarının SİYAHISI

“Qızıl qlobus”un qaliblərinin adları açıqlandı - İlin ən yaxşılarının SİYAHISI

Hazırda oxunan: “Qızıl qlobus”un qaliblərinin adları açıqlandı - İlin ən yaxşılarının SİYAHISI

13396

“Qızıl qlobus” mükafatının 78-ci mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media “RİA Novosti”yə istinadən  xəbər verir ki, “Ən yaxşı dramatik film” nominasiyasında Xloui Çjaonun “Köçərilər torpağı” ekran əsəri qalib olub.

“Dram üzrə ən yaxşı qadın rolu” Andra Dey, “Dram üzrə ən yaxşı kişi rolu” nominasiyasında isə ölümündən sonra aktyor Çedvik Bouzman seçilib.

İkinci plan roluna görə Deniel Kaluya və Cudi Foster fərqləniblər. Xarici dildə ən yaxşı film Amerika rejissoru Li Ayzek Çunun “Minari” kinosu olub. Ən yaxşı ssenarist adına Aaron Sorki layiq görülüb. 

Ceyson Uolinerin “Borat 2” ekran işi “Ən yaxşı komediya” nominasiyasının sahibi olub.

“Ən yaxşı mini serial” nominasiyasında “Kraliçanın gedişi”, “Ən yaxşı dramatik serial” nominasiyasında “Tac”, “Ən yaxşı komediya serialı” nominasiyasında “Şitts Krik” serialları seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO