Almaniya səfirliyinin əməkdaşlarının bir hissəsi bu gün Rusiyanı tərk edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, son həftələrdə Almaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarının Almaniyada mövcudluğunu azaltmaq üçün Rusiya tərəfi ilə əlaqə saxlayıb. Nəticədə Rusiya nümayəndəliklərinin bəzi əməkdaşları Almaniyanı tərk ediblər.
Daha sonra Rusiya hökuməti də Almaniya səfirliyinin eyni sayda əməkdaşından ölkəni tərk etməyi xahiş edib.
Qeyd edək ki, ölkəni tərk edən diplomatların dəqiq sayı açıqlanmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:45 / 01.05.2023
Almaniyalı diplomatlar Rusiyanı tərk edib
Hazırda oxunan: Almaniyalı diplomatlar Rusiyanı tərk edib
Hazırda oxunan: Almaniyalı diplomatlar Rusiyanı tərk edib
133805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.