Antarktidadan böyük ölçüdə aysberq ayrıldı - Gəmilər təhlükədədir - VİDEO

Antarktidadan böyük ölçüdə aysberq ayrıldı - Gəmilər təhlükədədir - VİDEO

Hazırda oxunan: Antarktidadan böyük ölçüdə aysberq ayrıldı - Gəmilər təhlükədədir - VİDEO

13375

Antarktidadan ölçüləri təxminən 1 270 kv.km təşkil edən aysberq ayrılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki,  aysberq Böyük Britaniyanın Halley tədqiqat stansiyasının yerləşdiyi “Brant” buz şelfindən qopub.

Məlumata görə, 10 il əvvəl buzlaqda 150 metr qalınlığında böyük çatlar əmələ gəlib. Bu ilin yanvarında çatlar sürətlə böyüməyə başlayıb və uzunluğu gündə bir kilometr artıb.

Nəticədə 26 fevral tarixində böyük buz kütləsi şelfdən ayrılıb.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburq şəhərinin regionlarla birgə ümumi ərazisi 1 439 kv.km təşkil edir.

Hazırda aysberqin gəmilər üçün təhlükə yaratmasının qarşısını almaq üçün hərəkət traektoriyası diqqətlə izlənilir.

Həmin görüntüləri təqdim edirik

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO