Ukrayna

Ukrayna "Baykar" şirkəti ilə daha üç müqavilə bağladı

Hazırda oxunan: Ukrayna "Baykar" şirkəti ilə daha üç müqavilə bağladı

133606

Ukrayna Türkiyənin “Baykar” şirkəti (“Bayraktar” pilotsuz təyyarələrinin istehsalçısı)  ilə yeni əməkdaşlıq müqavilələri bağlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna sənayesinin strateji sahələri üzrə naziri Aleksandr Kamışin teleqram səhifəsində məlumat yayıb.

"Türkiyədə “TEKNOFEST 2023” beynəlxalq aviasiya texnikası sərgisində bir çox görüşlərim oldu. Bu görüşlərin bir məqsədi var - Ukraynanın müdafiə sənayesini gücləndirmək yollarını tapmaq”, - deyə nazir bildirib.
Kamışin deyib ki, Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə üç yeni müqavilə bağlayıb.

“Mən sizə təfərrüatları deməyəcəyəm, amma sizi əmin edirəm ki, bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar təqdim edir”, - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO