Qarabağ erməniləri: “İlk fürsətdə Rusiyaya gedəcəyik”

Qarabağ erməniləri: “İlk fürsətdə Rusiyaya gedəcəyik”

Hazırda oxunan: Qarabağ erməniləri: “İlk fürsətdə Rusiyaya gedəcəyik”

133593

Xankəndidə yavaş-yavaş maraqlı proseslər baş verir. Yerli əhali getdikcə daha çox “qəzəbli azərbaycanlılardan” yox, separatçıların quldurluğundan əziyyət çəkir.

Belə ki, separatçıların “dövlət naziri” Qurgen Nersisyan krediti qaytara bilməyən şəxslərə qarşı cinayət işinin açılmasına göstəriş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakburila” Telegram kanalı yazıb.

Hələlik bu, yalnız sahibkarlara aiddir, lakin yaxın gələcəkdə bu təcrübənin hamıya şamil ediləcəyi barədə artıq söz-söhbətlər yayılıb.

Nersisyan bu yolla 150 milyard dram, yəni 300 milyon dollardan çox pul toplamağı planlaşdırır.

Bəs ermənilər buna necə reaksiya verir? Onlar şikayət edirlər, eyni zamanda Qarabağdan getməklə “yerli hakimiyyətə” hədə-qorxu gəlirlər. 

Erməni jurnalistlər bu sahibkarlardan biri ilə söhbət edib. Kişi ad və soyadını tam təqdim etməyib.  A.X. adlı erməni Ağdərədə yanacaqdoldurma məntəqəsi işlədir və deyir ki, son aylar ümumiyyətlə iş olmayıb. Yerli “hakimiyyət” onu yanacaqla təmin etmir. Getməyə də icazə vermirlər. Bu işdə azərbaycanlıların günahı yoxdur. Separatçıların göstərişi ilə Ermənistana getmək üçün xüsusi icazə almaq lazımdır. 

“Mənim borcum indi 4 milyon dramdan (8000 dollar) çoxdur, mən bu pulu necə ödəyəcəm?

Çıxmağa çalışıram, bütün əmlakımı satıram. Ancaq ucuz da sata bilərəm”, - deyə kişi “Hraparak” qəzetinin jurnalistinə deyir. 

Onun sözlərinə görə, separatçıların bu özbaşınalığına görə yerli əhali oranı tərk etmək üçün yollar axtarır. 

"İlk fürsətdə Rusiyaya gedəcəyik, burada heç kim qalmayacaq?" borclu bildirir.

Bu da bir faktdır ki, Qarabağın erməni əhalisinin qarşısını azərbaycanlılar deyil, məhz separatçılar kəsir. Onların getməsinə icazə verilmir. Getmək üçün də çoxlu pul tələb olunur, həm də işdən qovmaqla hədələyirlər.

Arayık, Qurgen və digəriləri qorxurlar ki, sülhməramlılar bölgəni tərk etdikdən sonra yerli ermənilər iş tapmaq, sənəd əldə etmək üçün Şuşaya gedəcəklər. 

Buna isə heç də çox vaxt qalmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO