Türkiyədə terrorçulara qarşı əməliyyat - 10 nəfər həbs edildi

Türkiyədə terrorçulara qarşı əməliyyat - 10 nəfər həbs edildi

Hazırda oxunan: Türkiyədə terrorçulara qarşı əməliyyat - 10 nəfər həbs edildi

133546

Türkiyədə terror təşkilatı MLKP-yə qarşı aparılan əməliyyat çərçivəsində 8 vilayətdə (mərkəz Eskişəhər olmaqla) 10 şübhəli şəxs yaxalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Əvvəlcə Eskişəhər Respublika Prokurorluğu tərəfindən terror təşkilatı MLKP-yə qarşı aparılan istintaqda 17 şübhəli saxlanılıb.

Vilayət Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları Eskişəhər, İstanbul, Ankara, İzmir, Isparta, Hatay, Kayseri və Çanaqqalada bir çox ünvana eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatda 6-sı qadın olmaqla 10 şübhəli saxlanılıb. Bildirilib ki, şübhəlilərin saxlanılması davam edir, qaçan 7 nəfərin tutulması istiqamətində işlər aparılır.

Şübhəlilərin evlərində, təşkilata üzv qəbul etmək üçün istifadə edildiyi iddia edilən gənclik mərkəzlərində aparılan axtarış zamanı əlavələri ilə birlikdə təşkilata aid çoxlu sayda təşkilati sənədlər, qadağan olunmuş nəşrlər, rəqəmsal materiallar, qəzet və jurnallar ələ keçirilib.

Şübhəlilər polis bölməsində dindirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO