Ukraynanın Xerson vilayətində əhalinin təxliyəsinə başlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin videomüraciətində məlumat verib.
O, əvvəlcədən təxliyə marşrutlarının işlənib hazırlanması, təhlükəsiz marşrutların, müvəqqəti yaşayış yerlərinin müəyyən edilməsi, habelə hərəkət imkanları məhdud şəxslərin və çoxuşaqlı ailələrin siyahılarının tərtib edilməsi ilə bağlı tapşırıqlar verib.
Bizim.Media