\

\"TEKNOFEST”də Türkiyənin ilk kosmonavtlarının adları AÇIQLANDI - Biri Azərbaycan əsillidir 

Hazırda oxunan: \"TEKNOFEST”də Türkiyənin ilk kosmonavtlarının adları AÇIQLANDI - Biri Azərbaycan əsillidir 

133457

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir. 

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib. 

Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır:

“Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”. 

Xatırladaq ki, Tuva Cihangir Atasever Azərbaycan əsillidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO