“Qoy onlar (Qərbi nəzərdə tutur) öz qaydalarını yazmağa davam etsinlər, biz kiminsə işlərinə qarışmayacağıq. Amma bu qaydalara əməl etməyə də borclu deyilik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Qanunvericilər Şurasının iclasında çıxışı zamanı səsləndirib.
Putin qeyd edib ki, Rusiya özünü təcrid etmək niyyətində deyil: “Biz digər ölkələrlə bərabərhüquqlu və tərəfdaşlıq münasibətləri qurmağa hazırıq”.
Bizim.Media