Səkkiz ölkə

Səkkiz ölkə "Avroviziya" qaydalarından NARAZIDIR 

Hazırda oxunan: Səkkiz ölkə "Avroviziya" qaydalarından NARAZIDIR 

133351

Xəbər verdiyimiz kimi, Avropa Yayım Birliyi (AYB) bu il 7 may tarixinə qədər "Avroviziya" bəynəxalq mahnı müsabiqəsinin məşqlərinin mediaya qapalı olacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu qərarın ardından içərisində Azərbaycan da daxil olmaqla, daha 7 ölkənin (Malta, Latviya, Polşa, Portuqaliya, San Marino, İsveçrə və Çexiya) nümayəndə heyətinin AYB-yə tələb məktubu göndərdiyi məlum olub. 

Məktubda məşqlərin mediaya birinci yarımfinaldan bir gün öncə açılacağı üçün bu qərarın birinci yarımfinalda yarışan ölkələr üçün ədalətli olmadığı və qərarın yenidən gözdən keçirilməsi tələb olunub. 

AYB nümayəndəsi, baş prodüser Dave Gudman isə göndərilən məktuba  bu cür cavab verib: 

“Media mərkəzini açıq tutmaq böyük bir maliyyə tələb edir. Bundan başqa biz media mərkəzini açsaq, o zaman jurnalistlər Liverpula ancaq Avroviziya həftəsində gələcəklər. Biz isə bunu istəmirik. O cümlədən, media mərkəzinin bağlı tutulması müğənniləri mənfi şərhlərdən qoruyacaq və bu, çıxışlarına təsir göstərməyəcək”. 
Qeyd edək ki, bu il ölkəmizi “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə əkiz qardaşlar Tural və Turan Bağmanovlar təmsil edəcəklər. Bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO