Xarici jurnalistdən ermənilərə çağırış - “Azərbaycanın tərkibində yaşamaq daha yaxşıdır” - FOTO

Xarici jurnalistdən ermənilərə çağırış - “Azərbaycanın tərkibində yaşamaq daha yaxşıdır” - FOTO

Hazırda oxunan: Xarici jurnalistdən ermənilərə çağırış - “Azərbaycanın tərkibində yaşamaq daha yaxşıdır” - FOTO

13316

“Müharibə şəraitində genişmiqyaslı tikinti -quruculuq işləri nə deməkdir? Son vaxtlara qədər Füzuli şəhəri Azərbaycanın nəzarətində olmadığı ərazi idi. Bu ilin yanvar ayında burada hava limanının inşasına başlandı. İki ay əvvəl. Artıq nə qədər iş görüldüyünə baxın! Uçuş-eniş zolağının özülünün qazılmasında yüzlərlə texnika çalışır”.

Bizim.Media xəbər verir ki, bunu ukraynalı jurnalist Roman Boçkala öz feysbuk hesabındakı paylaşımında qeyd edib.

Füzuliyə səfər edən jurnalist buradakı tikintinin miqyasından, qısa zamanda görülən  işlərdən təəccübünü gizlətməyib:

“Kommunikasiyalar çəkilib və yollar salınıb. Elektrik xətlərinin çəkilməsinə cəmi 3 həftə sərf edilib. Tezliklə yarımstansiya da hazır olacaq. Sərnişin terminalı layihələndirlir. Ətraf ərazilərdə minalar təmizlənir.

 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa gedən əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış oldular


"Hava limanı bu ilin sentyabrında istifadəyə veriləcək – cəmi 9 aya. Və bu işlər bütün Qarabağı əhatə edir. Bunu öz gözlərimlə gördüm. Ağdam şəhərinin də bir neçə ilə tikilib başa çatdırılması planlaşdırılır”.

R. Boçkala Azərbaycanla Ermənistan arasında paralellər aparıb:    

“Heç müqayisə etmək belə istəmirəm. Hər şey əksinə olacaq.  Azərbaycanda işə  dövlətin xüsusi yanaşması hiss olunur. Bütün proseslər vahid bir mexanizm kimi hərəkət edir. Bu işlərə yüzlərlə idarə, xidmət və özəl şirkət cəlb edilsə də aralarında çəkişmə yoxdur.

"Mübarizə büdcə vəsaitinin xərclənməsi urunda yox, işin daha sürətli aparılmasına istiqamətlənib. Hünərin var işi vaxtında və keyfiyyətli çatdırma. Ya karyeranın sonudur, ya həbsxana. Bu görüntü xatirinə deyil. Bunu görmək üçün Bakıya gəlmək kifayətdir. Ölkə gözümüzün önünüdə  dəyişir”.

O, Qarabağın erməni icmasına səslənərək, Azərbaycanın tərkibində yaşamağın üstünlükyünü önə çəkib:

“Qarabağın reinteqrasiyası canlı  nümunədir. Məqsəd işğal altında  olmaqdansa Azərbaycanın tərkibində yaşamağın yaxşı olduğunu göstərməkdir. Hətta deyərdim daha yaxşı. Mən hələ çoxlu sayda sosial proqramları demirəm".

"Mən hələ kiçik sahibkarlıq subyektlərini hədəf alan layihələrdən, ucuz kreditlərdən və vergi güzəştlərindən danışmıram. Bunun bənzərini  yalnız İsraildə gördüm. İndi də  Azərbaycanda. Ukrayna üçün daha yaxın bir nümunə”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO