Putinə qarşı sui-qəsdin detalları ÜZƏ ÇIXDI - FOTO

Putinə qarşı sui-qəsdin detalları ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Putinə qarşı sui-qəsdin detalları ÜZƏ ÇIXDI - FOTO

133044

Xəbər verdiyimiz kimi, aprelin 24-də Moskva vilayətində pilotsuz uçan aparatı (PUA) tapılıb. Almaniyanın Bild nəşri bunu Rusiya Federasiyasının prezidentinə qarşı hazırlanan sui-qəsd cəhdi ilə əlaqələndirib. 

Bizim.Media xatırladır ki, PUA-da 17 kiloqram partlayıcı maddə aşkar edilib.

Mənbə yazır ki, UJ-22 pilotsuz təyyarəsi bazar günü günortadan sonra Ukraynadan havaya qalxıb və bazar ertəsi qəzaya uğrayıb. 

"Bu, 800 kilometrə qədər uçuş məsafəsinə malik ən müasir Ukraynanın orta mənzilli pilotsuz təyyarəsidir. Onun məqsədi Ukraynadan 500 kilometr aralıda, Moskva yaxınlığında yeni tikilmiş sənaye parkına zərbə endirmək olub", - deyə nəşr yazıb.

"Qəza Rudnevo sənaye parkından təqribən 20 kilometr şərqdə baş verib. Rusiya hakimiyyəti sənaye parkında pilotsuz təyyarə istehsal etməyi planlaşdırıb.

Pilotsuz təyyarənin göyərtəsində ümumi çəkisi 17 kiloqram olan 30 partlayıcı blok olub. 
M112 partlayıcı əsasən ABŞ və Kanada ordusunda istifadə olunur”, - materialda deyilir.

Kiyevin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan ukraynalı jurnalist Yuri Romanenkonun fikrincə, PUA Putinə zərbə endirəcəkmiş.

Kremlin sahibinin bazar ertəsi Rudnevoya səfər edəcəyi versiyasını məhz Romanenko irəli sürüb (məhz həmin gün yaxınlıqda qəzaya düşən PUA  tapılıb).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO