Şahzadə Harri və Meqan Markl cütlüyü istənilən halda, saraya qayıtmayacaqlarını açıqlayıblar.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, rəsmi ayrılıqdan sonra Harri belə qərar qəbul etməyinin səbəbini açıqlayıb:
"Saray mühitində yaşamaq kənardan asan görünsə də çox çətindir. Hər birimiz Böyük Britaniya mətbuatının kral ailəsi üzvlərinə necə təzyiq göstərdiyini bilirik. Yaranan vəziyyət zehni sağlamlığımda problemlər yaratdı. Buna görə mən də hər bir ərin və atanın edəcəyini etdim. Ailəmi qorumaq mənim vəzifəmdir. Onları da götürüb sarayı tərk etdim”.
Harrinin Böyük Britaniya mətbuatına qarşı kini, Meqanın atasına yazdığı məktub ifşa edildikdən sonra daha da artıb.
O, həmin mətbuat orqanına açdığı davanı qazanarkən verdiyi açıqlaması zamanı “Anamı itirdim, amma həyat yoldaşımı itirməyəcəm" - deyə, qeyd edib. (Axşam.az)
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:13 / 28.02.2021
Britaniyanın məşhur cütlüyü sarayı bu səbəbdən tərk edib - DETALLAR
Hazırda oxunan: Britaniyanın məşhur cütlüyü sarayı bu səbəbdən tərk edib - DETALLAR
Hazırda oxunan: Britaniyanın məşhur cütlüyü sarayı bu səbəbdən tərk edib - DETALLAR
13304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.