“TV Berlin” kanalında Xocalı haqda müsahibə yayımlandı - FOTO

“TV Berlin” kanalında Xocalı haqda müsahibə yayımlandı - FOTO

Hazırda oxunan: “TV Berlin” kanalında Xocalı haqda müsahibə yayımlandı - FOTO

13281

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TV Berlin” televiziya kanalına müsahibəsində Xocalı soyqırımının tarixçəsi və təfərrüatları barədə məlumat verib

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) yayıb.

Səfir bildirib ki, 29 il bundan öncə, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib və hücum nəticəsində 613 azərbaycanlı mülki şəxs amansızcasına qətlə yetirilib.

O vurğulayıb ki, gələcəkdə bu kimi qorxunc faciələrin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımına hüquqi qiymət verilməli, bu hadisəni törədənlər layiqli cəzasını almalıdırlar.

Səfir, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı Almaniyada təşkil olunan tədbirlərdən, bu hadisəyə həsr olunan “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı ənənəvi simpoziumdan danışıb.

Ramin Həsənov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsindən, ötən illər ərzində işğal altında olan ərazilərimizin ermənilər tərəfindən tamamilə dağıdılmasından, ATƏT-in Minsk qrupu çərçivəsində uzun müddət aparılan danışıqların uğursuz olmasından, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların davamlı sülh və regionun perspektiv inkişafı üçün əhəmiyyətindən bəhs edib.

O, əldə edilmiş razılaşmaların tam reallaşdırılması məqsədilə beynəlxalq ictimaiyyətdən və Almaniyadan gözləntiləri səsləndirib.

“TV Berlin” televiziya kanalı sözügedən müsahibə əsasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş 13 dəqiqəlik reportaj hazırlayıb.

Reportajda, həmçinin “Müharibə uşaqları” adlı sənədli filmdən hissələr nümayiş olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO