“Növbəti Rusiya-Ukrayna müharibəsi daha qanlı, daha amansız olacaq”x9d

“Növbəti Rusiya-Ukrayna müharibəsi daha qanlı, daha amansız olacaq”x9d

Hazırda oxunan: “Növbəti Rusiya-Ukrayna müharibəsi daha qanlı, daha amansız olacaq”x9d

132692

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti Rusiyanın Ukrayna ilə sərhəddə çoxsaylı hərbi texnika və canlı qüvvə toplaması ilə bağlı məlumat yayıb. Məlumata görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum hazırlığındadır və bu məqsədlə də seperatçılara məxsus hərbi birlikləri bərpa etməyə başlayıb.

Maraqlıdır, Rusiyanın Ukraynaya qarşı yenidən cəbhə açması, irimiqyaslı hərbi əməliyyatlara start verməsi mümkündürmü? Ukrayna belə bir savaşa tab gətirə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Rusiyanın Avropa istiqamətində hərbi aktivliyinin gözlənilən oluğunu vurğuladı: “Xatırlayırsınızsa, Putin Suriyadakı Rusiya Silahlı Qüvvələrinin bir hissəsini bu ölkədən çıxartmaqla bağlı qərar qəbul edəndə, mətbuata açıqlamamda bildirmişdim ki, bundan sonra Rusiya diqqətini Avropa istiqamətində cəmləyəcək. Avropa istiqamətində bütün peremetrlər üzrə hərbi-siyasi aktivliyini artıracaq. Bundan öncə Baltik dənizində ABŞ gəmisinə yönəlik Rusiyanın aqressiv hərəkətləri oldu. Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin pozulması, Ukraynada təmas xətində gərginliyin artması, eyni zamanda Ukrayna-Rusiya sərhəddində müşahidə edilıən hərbi aktivlik bu siyasətin tərkib hissəsidir. Rusiya aqressiv xarici siyasət aparmaqla öz istəklərinə nail olmaq istəyir. Suriyada aktivlik göstərməklə dünya məsələlərinin həllində, siyasi-diplomatik danışıqlarda əvvəli nüfuz və yeriuni bərpa etməyə çalışırdı. Görünür, bundan bir nəticə əldə edə bilmədiyi üçün yenidən əvvəli siyasətinə - aqressiv siyasətə, hərbi siyasətə qayıdıb. Bir növ, dünya birliyini şantaj etmək yolu ilə istədiyinə nail olmağa çalışır”x9d.

Politoloqun sözlərinə görə, Rusiyada sosial-iqtisadi vəziyyətin ağırlaşması,  Putinin əvvəlki nüfuzunu itirməsi və s. kimi amillər də Kremli aqressiv xarici siyasətə sövq edən amillərdir:

“Həm neftin qiymətinin aşağı səviyyədə qalması, həm də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədə sosial-iqtisadi vəziyyətə ciddi şəkildə təsir göstərməyə başlayıb və Rusiya daxilən zəifləyir. Eyni zamanda, xarici siyasətdə də əvvəlki nüfuzunu itirir. Bu baxımdan, Rusiyanın Ukrayna istiqamətində fəallaşması gözlənilən idi. Ukrayna yeni Avropa təhlükəsizlik sisteminin  məhək daşı olduğuna, ABŞ, Avropa Birliyi və NATO bu məsələyə həssas yanaşdığına görə, Rusiya öz aləmində qarşı tərəfin “yumşaq qarnına”x9d təzyiq göstərməyə başlayıb. Məqsəd isə xarici siyasət maraqlarını həyata keçirməkdir. Rusiya çalışır ki, öz maraqlarını bu yolla yeridə bilsin.

Rusiya daxilində Putinin nüfuzu əvvəlki dövrə nisbətən enib. Buna görə də ictimai rəyi yalançı “yemləmək”x9d üçün Kreml yeni qələbələrə ehtiyac hiss edir”x9d.

S.Əkbərin qənaətincə, əgər belə bir hücum reallaşarsa, o zaman Ukrayna bu hücuma əvvəlkindən daha ciddi, daha sərt şəkildə müqavimət göstərə biləcək:

 “Əgər Rusiya yenidən Ukraynada hərbi aktivliyə cəhd edərsə, o zaman daha böyük, daha qanlı toqquşmalar baş verəcək. Çünki Ukrayna ordusu əvvəlki ordu deyil. Ukraynanın artıq 140 mindən çox muzdlu döyüşçüsü var. 20 min  hərbçi isə Milli Qvardiyada toplaşıb. Rusiyanın 160 min nəfərlik ordu ilə toqquşmasının nəticəsi istənilən halda ağır olacaq”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO