Erməni vəhşiliyi Yaponiya mediasında - FOTO

Erməni vəhşiliyi Yaponiya mediasında - FOTO

Hazırda oxunan: Erməni vəhşiliyi Yaponiya mediasında - FOTO

13264

Yaponiyanın “fnn.jp” portalı ermənilərin 30 ilə yaxın bir dövrdə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayımlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Azərbaycanın işğal altında olmuş şəhər və kəndlərində ermənilərin törədikləri vəhşiliklər əksini tapıb.

Azad edilmiş şəhər və kəndlərdə ermənilərin bütün tikililəri dağıtdığı, evlərin qapı-pəncərələrini, damlarını sökərək apardığı, yaşayış və sosial obyektləri yandırdığı yapon tamaşaçılara təqdim olunur.

II Qarabağ müharibəsindən bəhs edən müxbir münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarının dayandığı vurğulayıb.

Reportajda hazırda Ermənistanda baş verən hadisələrə də toxunulur, ölkədə siyasi sabitliyin hələ də gərgin qaldığı, hakimiyyət uğrunda mübarizənin qızışdığı qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO