“Türk Hava Yolları” milyardıncı sərnişinə bu hədiyyəni verdi - FOTO

“Türk Hava Yolları” milyardıncı sərnişinə bu hədiyyəni verdi - FOTO

Hazırda oxunan: “Türk Hava Yolları” milyardıncı sərnişinə bu hədiyyəni verdi - FOTO

132624

Aprelin 24-də İstanbul-Adıyaman reysi ilə “Türk Hava Yolları” aviakompaniyasının milyardıncı sərnişini uçuş həyata keçirib.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Mustafa Balcı adlı milyardıncı sərnişini milli aviadaşıyıcının rəhbəri Əhməd Bolat yola salıb və ona 1 milyon mil səyahət kuponu hədiyyə edib.

Əhməd Bolat 1933-cü ildə əsası qoyulan aviakompaniyanın hazırda 2 milyard sərnişin həddinə çatmağı hədəflədiyini bildirib: 

“Bir milyard sərnişin həddinə 90 il ərzində nail olduq. Artıq səkkiz ildən sonra – 2031-ci ildə bu göstəricini iki dəfə artırmağı planlaşdırırıq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO