Ukraynanın NATO-ya daxil olmasının vacib şərti AÇIQLANDI

Ukraynanın NATO-ya daxil olmasının vacib şərti AÇIQLANDI

Hazırda oxunan: Ukraynanın NATO-ya daxil olmasının vacib şərti AÇIQLANDI

132532

ABŞ Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir, lakin əvvəlcə Rusiya ilə genişmiqyaslı müharibə başa çatmalıdır. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"NATO üçün açıq qapı siyasətimiz dəyişməyib. Amma  qeyd etmişik ki, Alyansa qoşulmaq barədə danışıqlar həmin ölkə ilə Alyans arasında olmalıdır”, deyə  Kirbi qeyd edib.

Onun sözlərinə görə, müttəfiqlər çalışır ki, Ukrayna Rusiya təcavüzünü dəf edə bilsin.

"Hazırda diqqət mərkəzində bu olmalıdır. Ukrayna təkcə döyüş meydanında deyil, danışıqlar masası arxasında da uğur qazanmalıdır.  İndi diqqətimizi məhz buna yönəldirik”, - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO