Laçın yolunda buraxılış məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır - AŞPA-da ermənilərə SƏRT CAVAB

Laçın yolunda buraxılış məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır - AŞPA-da ermənilərə SƏRT CAVAB

Hazırda oxunan: Laçın yolunda buraxılış məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır - AŞPA-da ermənilərə SƏRT CAVAB

132505

“2022-ci ilin avqustundan etibarən Ermənistandan Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə 2700-dən artıq piyada əleyhinə minalar gətirilib və onların hamısı 2021-ci ildə Ermənistanda istehsal edilib. Bu addımlar Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında bağlanmış üçtərəfli müqavilədən xeyli sonra baş verib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AŞPA yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov səsləndirib.

Onun sözlərinə görə, ötən il dekabrın 12-dən etibarən Azərbaycan vətəndaş cəmiyyəti fəallarının həmin yolda keçirdiyi ardıcıl aksiyalar Ermənistana oradan minaları keçirərək, Azərbaycan ərazisində yerləşdirmək imkanını məhdudlaşdırdığından gizli yollardan istifadə edilib:
“Onların bu cəhdləri Azərbaycan Müdafiə Nazirliyinin apardığı video çəkilişlərlə qeydə alınıb. Bütün bunları nəzərə alaraq Azərbaycan bütün mümkün təhlükələrin qarşısını almaq üçün Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış keçid məntəqəsi yaradıb. Ərazisində belə bir qərar qəbul etmək Azərbaycanın suveren hüququdur”.

Rafael Hüseynov Ermənistan Xarici İşlər Nazirliyinin aprelin 23-də həmin nəzarət-buraxılış keçid məntəqəsinin yaradılması ilə bağlı verdiyi bəyanatı və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvünün çıxışına toxunaraq bildirib: 
“Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də Ermənistanın buradakı nümayəndə heyətinin çıxışını mahiyyəti etibarilə rədd edir, bunu Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiririk. Belə bir nəzarət-buraxılış keçid məntəqəsini yaratmaq Azərbaycanın haqqıdır, 5 kilometrlik bu sahə Azərbaycan ərazisidir və heç bir təxribatçı çıxış və bəyanatlar Azərbaycana öz ərazisində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkəti üçün müəyyənləşdirdiyi qaydaları tətbiq etməsindən çəkindirə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO