Ötən il dünyada müdafiə xərclərinə nə qədər pul xərclənib?

Ötən il dünyada müdafiə xərclərinə nə qədər pul xərclənib?

Hazırda oxunan: Ötən il dünyada müdafiə xərclərinə nə qədər pul xərclənib?

132495

Ötən il qlobal müdafiə xərcləri rekord həddə - 2240 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, bu rəqəm Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) məlumatında yer alıb. İnstitutun “Qlobal hərbi xərclər” adlı yeni tədqiqatında bildirilir ki, 2022-ci ildə üç ən böyük müdafiə xərcləri olan dövlətin - ABŞ, Çin və Rusiyanın payına ümumi xərclərin 56 faizi düşüb. Ümumilikdə, hərbi xərclər səkkizinci il ard-arda artaraq ötən il rekord səviyyəyə - 2240 milyard dollara çatıb.

Müdafiə xərclərinin ən kəskin şəkildə artması Avropada (13 faiz) baş verib və əhəmiyyətli dərəcədə Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olub. SIPRI-nın məlumatında qeyd olunub ki, 2022-ci ildə Mərkəzi və Qərbi Avropada dövlətlərin hərbi xərcləri 345 milyard dollar təşkil edib.
Real müqayisədə bu ölkələrin xərcləri “soyuq müharibə”nin başa çatdığı 1989-cu ildəki səviyyədən də yuxarı olub. 2013-cü ildən bəri Avropa ölkələri müdafiə məqsədləri üçün büdcədən ayırmaları 30 faizdən çox artırıblar. Bu kontekstdə ən kəskin artım Finlandiyada (36 faiz), Litvada (27 faiz), İsveçdə (12 faiz) və Polşada (11 faiz) qeydə alınıb.

Öz növbəsində, 2022-ci ildə Rusiyanın hərbi xərcləri 9,2 faiz artaraq 86,4 milyard dollar təşkil edib. Müdafiə xərcləri bu ölkədə ÜDM-nin 4,1 faizi ekvivalentində olub. Bir il əvvəl – 2021-ci ildə həmin xərclər ÜDM-nin 3,7 faizi həcmində idi.
Bununla yanaşı, 2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb. Müdafiə xərclərini 640 faiz artıran Kiyev bu məqsədlər üçün SIPRI-n indiyədək qeydə aldığı büdcədən ən yüksək ayırmaları nümayiş etdirib. Bu artımın, habelə müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərərin həcmini nəzərə aldıqda demək olar ki, 2022-ci ildə bu ölkənin hərbi yükü 2021-ci illə müqayisədə və ÜDM-nin səviyyəsi ilə ekvivalentdə 3,2 faizdən 34 faizə qalxıb.

ABŞ yenə də hərbi məqsədlər üçün xərclər üzrə dünyada birinci yerdədir. 2022-ci ildə Birləşmiş Ştatların müdafiə xərcləri 877 milyard dollar olub ki, bu, ümumdünya xərclərinin 39 faizi və Çinin xərclərindən üç dəfə çox vəsait deməkdir.

Çin əvvəlki kimi, hərbi məqsədlər üçün xərclərə görə dünyada ikinci yerdədir. 2022-ci ildə Pekin bu məqsədlər üçün təqribən 292 milyard dollar ayırıb. Bu, 2021-ci il ilə müqayisədə 4,2 faiz, 2013-cü illə müqayisədə isə 63 faiz çoxdur.
Hindistanın hərbi xərcləri 81,4 milyard dollara çatıb və bu, dünyada dördüncü göstəricidir. Beşinci yeri tutan Səudiyyə Ərəbistanı hərbi məqsədlər üçün 75 milyard dollar ayırıb ki, bu, 2018-ci ildən bəri birinci artımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO