Ukrayna ordusu Xerson yaxınlığında irəliləyir - BBC

Ukrayna ordusu Xerson yaxınlığında irəliləyir - BBC

Hazırda oxunan: Ukrayna ordusu Xerson yaxınlığında irəliləyir - BBC

132491

Ukrayna ordusu Xerson vilayətində Dnepr boyunca irəliləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı mənbələrə istinadən yayıb.

Nəşr yazır ki, həftəsonu rusiyalı hərbi blogerlər Ukrayna Silahlı Qüvvələrinin Dnepr çayının sol sahilinə desant atdığını elan ediblər. Xerson vilayətinin qondarma administrasiyası bunu təkzib edib.

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) blogerlər tərəfindən yayımlanan kadrların dəqiq haradan götürüldüyünü müəyyən edə bilib.

Təsdiq ediblər  ki, Ukrayna hərbçiləri həqiqətən də Oleşkinin şimalında möhkəmlənib və bu şəhərin şimal kənarına doğru hərəkət ediblər. 

Rəsmi Kiyev əks-hücumun başlaması haqda informasiya yaymayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO