Rusiyanın Xalq artisti Filipp Kirkorov "Аргументы и факты" nəşrinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə tanışlığından və son görüşləri barədə danışıb.
Bizim.Media xəbər verir ki, müğənni Zelenski ilə ilk tanış olduğu vaxtı belə xatırlayır:
"Biz onunla 2000-ci illərin əvvəllərində, "95-го квартала" çəkilişlərində, Kiyevdə tanış olduq. Gözəl münasibətimiz var idi. Zelenski həqiqətən Rusiya televiziya bazarına daxil olmaq istəyirdi. Bunun üçün məndən kömək istədi. O, Ukraynada artist kimi artıq hər şeyi etdiyini və daha da inkişaf etmək istədiyini bildirdi. "Фактор А" proqramı yaradılarkən mən Puqaçovaya (red. Rusiyanın Xalq artisti Alla Puqaçova, keçmiş həyat yoldaşı) onu mənimlə yanaşı aparıcı etməyi təklif etdim".
O, vurğulayıb ki, bunun üçün əvvəlcə başqa bir şəxs nəzərdə tutulsa da, sonda Zelenski ilə razılaşıblar:
"İki mövsüm "Россия" kanalında sözügedən verilişi birgə təqdim etdik. Onun pulu yox idi, 6 ay mənim mənzilimdə pulsuz yaşadı. Amma onun sayəsində mən Marius Veysberqin "Şəhərdə məhəbbət" filmində rol aldım".
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:07 / 24.04.2023
Kirkorov Zelenski HAQDA: “"Onun sayəsində "Şəhərdə məhəbbət" filmində rol aldım"
Hazırda oxunan: Kirkorov Zelenski HAQDA: “"Onun sayəsində "Şəhərdə məhəbbət" filmində rol aldım"
Hazırda oxunan: Kirkorov Zelenski HAQDA: “"Onun sayəsində "Şəhərdə məhəbbət" filmində rol aldım"
132489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.