Xankəndidə “hakimiyyət davası”: Ruben Vardanyan Samvel Babayana QARŞI

Xankəndidə “hakimiyyət davası”: Ruben Vardanyan Samvel Babayana QARŞI

Hazırda oxunan: Xankəndidə “hakimiyyət davası”: Ruben Vardanyan Samvel Babayana QARŞI

132373

Xankəndidə qondarma “hakimiyyət” uğrunda müxtəlif qruplar arasında mübarizə güclənir və bu mübarizə Rusiya sülhməramlı qüvvələrinin birbaşa iştirakı ilə davam edir.

Bizim.Media xatırladır ki, ötən ilin payızında gözlənilmədən Qarabağda peyda olan və bir müddət “dövlət naziri” postunu tutan erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyan Azərbaycanın təzyiqi ilə “istefa”ya getməyə məcbur olub. Amma indi o, yenidən siyasi üfüqdə peyda olub və iddialı planlar qurur!

Erməni KİV-lərinin məlumatına görə, Vardanyan Qarabağda “yerli siyasi qruplar və ictimai xadimlərlə” bir sıra görüşlər keçirib. O, yeni idarəetmə platforması formalaşdırmağa və regionun gələcək inkişafı üçün “gələcək plan” hazırlamağa çalışır.  Vardanyan bu planı Qarabağ “rəhbərliyinə” və geniş ictimaiyyətə təqdim edəcəyini də bildirib. 
“Hraparak” qəzetinin yazdığına görə, oliqarx hazırda “kütlənin dəstəyini qazanmaq” fikrindədir.
Aydındır ki, Ruben Vardanyan Xankəndidəki separatçı rejimə rəhbərlik edən Arayik Arutyunyanı əvəzləməyi qarşısına məqsəd qoyub. Lakin o, “dövlət naziri” kimi buna nail ola, hətta bölgənin erməni əhalisindən heç bir əhəmiyyətli dəstək ala bilmədi. İndi isə yerli sakinlərin köməyi ilə “aşağıdan hərəkət” etməyi və separatçı rejim üzərində hakimiyyət əldə etməyi planlaşdırır.

Amma belə “planları” təkcə Ruben Vardanyan qurmur. Keçmiş səhra komandiri, separatçı rejimin liderlərindən biri olan general Samvel Babayan da Qarabağda “hakimiyyətə” can atır.

Babayan bir neçə gün əvvəl Ermənistanın ictimai televiziyasına müsahibəsində bəyan etmişdi ki, mövcud vəziyyətdən yeganə çıxış yolu onu “referendum” vasitəsilə “geniş səlahiyyətlərə malik dövlət naziri” vəzifəsinə təyin etməkdir. 
Babayan iddia edir ki, ona belə səlahiyyətlər verilərsə, o zaman “müdafiə sahəsində ciddi islahatlar aparacaq” və bununla da Qarabağın ermənilər yaşayan hissəsini “xilas edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO