Türkiyədə Uşaqların Müdafiəsi Günü qeyd olunur - FOTO

Türkiyədə Uşaqların Müdafiəsi Günü qeyd olunur - FOTO

Hazırda oxunan: Türkiyədə Uşaqların Müdafiəsi Günü qeyd olunur - FOTO

132297

Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin açılışının 103-cü ildönümü qeyd olunur.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 103-cü ildönümü və 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə TBMM-dəki Atatürk abidəsi önündə mərasim keçirilib.

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Atatürk abidəsi önünə qırmızı və ağ qərənfillərdən əklil qoyduqdan sonra bir dəqiqəlik sükutla yad edilib və İstiqlal Marşı oxunub.

Mərasimdə Əmək və Sosial Müdafiə naziri Vedat Bilgin, Türkiyə Böyük Millət Məclisinin sədr müavinləri Süreyya Sadi Bilgiç və Heydər Akar; AK Partiya Qrup sədri İsmət Yılmaz, AK Partiya Qrup sədr müavinləri Muhammet Emin Akbaşoğlu və Özlem Yılmaz, CHP Qrup sədr müavinləri Engin Altay və Özgür Özəl, İYİ Partiya Qrup sədr müavini Müsavat Dərvişoğlu, TBMM sədrinin üzvləri, millət vəkilləri və idarə heyəti iştirak edib.
Bundan başqa, milli təhsil naziri Mahmut Özer 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə müəllim və şagirdlərlə birlikdə Anıtkabiri ziyarət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO