“Togg” avtomobili 2025-ci ildən etibarən ixrac olunmağa başlayacaq”.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.
O bildirib ki, hədəf hər il 200 min avtomobil istehsal etməkdir:
“İstehsalı 10 il ərzində 1 milyona çatdırmaq istəyirik. “Togg”u görən hər kəs bəyənir, təşəkkür edir. Biz doğru zamanda düzgün texnologiyaya investisiya qoyduq. Əlbəttə, burada özəl sektorun da rolu var. Amma həlledici məqam Prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi idi”.
Nazirin sözlərinə görə, vətəndaşlar da yerli istehsalla qürur duyurlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 23.04.2023
Türkiyə BU TARİXDƏN xaricə "Togg" avtomobilləri satacaq
Hazırda oxunan: Türkiyə BU TARİXDƏN xaricə "Togg" avtomobilləri satacaq
Hazırda oxunan: Türkiyə BU TARİXDƏN xaricə "Togg" avtomobilləri satacaq
132271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.