Ukraynada 500 hərbçinin cəsədi TAPILDI 

Ukraynada 500 hərbçinin cəsədi TAPILDI 

Hazırda oxunan: Ukraynada 500 hərbçinin cəsədi TAPILDI 

132188

Rusiyanın hücumu başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin axtarış qrupları itkin düşmüş ukraynalı döyüşçülərin 500-ə yaxın meyitini tapıblar. 

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mülki-Hərbi Əməkdaşlıq Mərkəzi İdarəsinin rəisi polkovnik Volodimir Lyamzin bildirib: 

“Tammiqyaslı işğalın əvvəlindən və bu il aprelin 20-dək hərbi axtarış qruplarımız tərəfindən yarım mindən bir qədər az həlak olmuş müdafiəçilərimizin meyiti tapılıb. İşğalçıların isə yarım mindən bir qədər çox meyiti tapılıb. Onlar toplanaraq müəyyən anbar yerlərinə təhvil verilib”. 
2023-cü ilin aprelinə olan məlumata görə, təxminən 7 000 Ukrayna hərbçisi itkin düşmüş hesab olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO