Türkiyənin İranla sərhəd olan bölgəsi terrorçulardan tamamilə təmizləndi

Türkiyənin İranla sərhəd olan bölgəsi terrorçulardan tamamilə təmizləndi

Hazırda oxunan: Türkiyənin İranla sərhəd olan bölgəsi terrorçulardan tamamilə təmizləndi

132178

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər: 

“Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhdəsindən gəlib. Ölkəmiz çox böyük layihələrə imza atıb. Bir sıra vasitələrlə, o cümlədən terrorla bizi yolumuzdan döndərmək üçün xaos yaratmaq istəyirdilər. İradəmizi qırmaq, insanlarımızı ümidsiz qoymaq istəyirdilər. Bu cəhdlərin arxasında Qərb dayanırdı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO