Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya rekord məbləğdə yardım AYIRIR 

Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya rekord məbləğdə yardım AYIRIR 

Hazırda oxunan: Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya rekord məbləğdə yardım AYIRIR 

132125

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadiyyatın real sektorlarını və ölkənin özəl biznesini dəstəkləmək üçün 2022-2023-cü illər üçün Ukraynaya 3 milyard avroya qədər yardım göstərməklə bağlı əvvəlki vədini yerinə yetirmək əzmində olduğunu təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, təşkilatın rəhbəri Odil Renault-Basso bu barədə Kiyevdə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verib. 

"Biz gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi saxlamaq və genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Bura investisiya və islahat gündəliyinə davamlı dəstək daxildir", - deyə Renault-Basso bildirib. 

Bank Ukraynaya beş əsas yardım istiqaməti müəyyən edib. Bunlar enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, əsas infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinə likvidliyin təmin edilməsidir. 
Xatırladaq ki, keçən il bank Ukraynaya 1,7 milyard avro ayırıb, həmçinin tərəfdaş maliyyə institutlarından daha 200 milyon avro cəlb edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO