Britaniya 5 Rusiya vətəndaşına sanksiya tətbiq etdi - SƏBƏB 

Britaniya 5 Rusiya vətəndaşına sanksiya tətbiq etdi - SƏBƏB 

Hazırda oxunan: Britaniya 5 Rusiya vətəndaşına sanksiya tətbiq etdi - SƏBƏB 

132116

Böyük Britaniya Vladimir Kara-Murzanın həbsində iştirak edən müstəntiqlər Denis Kolesnikov və Andrey Zadaçinlə birlikdə Kara-Murzanın həbsini təsdiq edən hakim Elena Lenskayaya sanksiya qoyub. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya siyahısına həmçinin FSB agentləri Aleksandr Samofal və Konstantin Kudryavtsevin adları da daxil edilib. 

Məlumata görə, onların hər ikisi Rusiyanın V. Kara-Murzanın işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnu kobud şəkildə pozmasına görə sanksiyaya məruz qalıb. 
Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, Böyük Britaniya Kara-Murza və ailəsini dəstəkləməyə davam edəcək:

“Mən Rusiyanı onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO