Stoltenberq: “Əsas diqqətimiz Ukraynanın qalib gəlməsinə yönəlib”

Stoltenberq: “Əsas diqqətimiz Ukraynanın qalib gəlməsinə yönəlib”

Hazırda oxunan: Stoltenberq: “Əsas diqqətimiz Ukraynanın qalib gəlməsinə yönəlib”

132060

“NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa üzv olacağına dair razılığa gəliblər, lakin hazırda əsas diqqətimiz Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlib”. 

Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib. 

O qeyd edib ki, suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin də mənası yoxdur. 

Baş katibin sözlərinə görə, müharibələr mahiyyət etibarilə təxminedilməz olduğuna görə heç kəs Rusiya və Ukrayna arasında gedən döyüşlərin nə vaxt bitəcəyini söyləyə bilməz:

“Ümid edirik ki, Ukrayna bu istiqamətdə mühüm uğurlar əldə edəcək və dayanıqlı sülh bərqərar olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO