Fransa prezidenti Emanuel Makron ölkənin şərqindəki Elzas vilayətinə səfəri zamanı etirazla qarşılanıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Qeyd edək ki, bu, pensiya islahatının yekun qəbulundan sonra Fransa prezidentinin regionlara ilk səfəridir.
Xatırladaq ki, ölkədə uzun müddətdir pensiya islahatlarına qarşı etirazlar baş qaldırıb. Əhali tətil edir, Fransanın iri şəhərlərində etiraz aksiyaları keçirir, Makronun istefasını tələb edirdi.
Lakin Fransanın Konstitusiya Şurası ötən həftə Prezident Emmanuel Makronun pensiya yaşını yüksəltmək planını təsdiqləyib.
Bizim.Media