Ukrayna əks-hücuma başlayıb? - Müdafiə nazirinin müavinindən AÇIQLAMA

Ukrayna əks-hücuma başlayıb? - Müdafiə nazirinin müavinindən AÇIQLAMA

Hazırda oxunan: Ukrayna əks-hücuma başlayıb? - Müdafiə nazirinin müavinindən AÇIQLAMA

131710

"Əks-hücum artıq başlayıb, Ukrayna silahlı qüvvələri ərazilərini tam azad etməyə hazırlaşır".

Bizim.Media xəbər verir ki, bu barədə telemarafonun efirində müdafiə nazirinin müavini Anna Malyar bildirib. 

Onun sözlərinə görə, əks-hücumun strateji məqsədi bütün Ukrayna ərazilərini azad etmək və düşməni dayandırmaqdan ibarətdir. Ona görə də "əks-hücum haqqında bəsit danışmaq düzgün deyil”.

Nazir müavini bildirib ki, Ukrayna komandanlığının bir neçə hücum planı var və onlar ilk növbədə düşmənin vəziyyəti, Müdafiə Qüvvələrinin imkan və qabiliyyətləri barədə məlumatlardan asılıdır.

"Siz başa düşməlisiniz ki, Silahlı Qüvvələr yalnız bir şeyi məhdud istiqamətdə hazırlamır. Lakin Ukrayna Silahlı Qüvvələri daim, hər gün ərazilərimizin tam azad edilməsinə hazırlaşır və bu, böyük tədbirlər kompleksidir, sadəcə əks-hücum deyil”, - deyə Malyar əlavə edib.

O, qeyd edib ki, artıq döyüş meydanında baş verənləri əks-hücum adlandırmaq olar.

"Onlar nəyinsə olacağını vurğulayırlar, amma əslində bütün bunlar artıq baş verir. Elə hazırda da əks-hücum əməliyyatı gedir", - Malyar izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO