ABŞ alimi Kristofer Retezar hava və işıqdan su hasil edəcək "Fontus Airo" və "Fontus Ryde" adlanan butulkalar hazırlayıb.
Moderator.az xəbər verir ki, "Fontus Airo" və "Fontus Ryde" müvafiq olaraq piyada və velosiped səyahətləri üçün nəzərdə tutulub. Hava butulkanın qapağının içində soyuyaraq, xüsusi səthlərdə kondensasiya olunur və filtrasiya prosesindən keçdikdən sonra əsas tutumun içinə daxil olur.
"Fontus Airo" butulkası üçün qoruyucu çexol rolunu da oynayan xüsusi günəş batareyası ilə işləyir. "Fontus Ryde" modeli velosipedin ramasına bərkidilərək hərəkət zamanı havanı avtomatik toplayır və əlavə enerji mənbələri tələb etmir. Butulkanın alt hissəsində suyun minerallaşdırma prosesini həyata keçirən xüsusi kapsullar yerləşir. Bunun sayəsində istifadəçi fasiləsiz su ilə təmin olunur.
Bu barədə məlumat dünyanın bir çox ölkələrinin elmi portallarında, həmçinin AMEA-nın rəsmi saytında da verilib.
Elmin Nuri






































































































