Rusiya son sutkada Ukraynaya 57 raket ATDI - Ölənlər var

Rusiya son sutkada Ukraynaya 57 raket ATDI - Ölənlər var

Hazırda oxunan: Rusiya son sutkada Ukraynaya 57 raket ATDI - Ölənlər var

131359

“Rusiya ordusu son sutkada Ukrayna ərazisinə 57 raket atıb, bir neçə mülki şəxs yaralanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.

Baş Qərargahdan qeyd olunub ki, Rusiya qoşunları xeyli itki verir, buna baxmayaraq əsas səylərini Kupyansk, Lymansk, Baxmut, Avdiivka və Marinsk istiqamətlərinə yönəldib: “Hərbi əməliyyatların mərkəzi Baxmut və Maryinkadır. Son sutkada cəbhənin bütün istiqamətlərində düşmənin ümumilikdə 70-dən çox hücumu dəf edilib”.
Məlumata görə, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir:

“Düşmənin “Merlin” tipli kəşfiyyat PUA-sı da vurulub. Raket qoşunları və artilleriya bölmələri qarşı tərəfin canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, eləcə də düşmənin 1 radioelektron məntəqəsinə zərbələr endirib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO