"Hicab problemini mədəni yolla həll etməyə çalışırıq" - İran prezidenti

Hazırda oxunan: "Hicab problemini mədəni yolla həll etməyə çalışırıq" - İran prezidenti

131204

İran prezidenti İbrahim Rəisi Tehranda ölkədəki tələbə birliklərinin nümayəndələri ilə görüşüb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, İran prezidenti görüş zamanı hicab və internet istifadəsi ilə bağlı problemlərə də toxunub.

Ölkədə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarla məcburi hicab tətbiqində yaşanan problemlərlə əlaqədar İbrahim Rəisi deyib:

"Biz hicab problemini mədəni yanaşma ilə həll etməyə çalışırıq".

"Düşmən hicabın İranda təhlükəsizlik məsələsi olmasını istəyir, hökumət olaraq lazımı addımları atacağıq ki, hansısa təhlükəli vəziyyət olmasın” – deyən İran prezidenti İranda sosial media platformalarının qadağan edilməsinə də münasibət bildirib.

Rəisi beynəlxalq sosial media platformalarının İranda nümayəndəliyinin olmasının vacibliyini bildirərək, "bununla bağlı hansısa qadağalar yoxdur, sadəcə, məqsədimiz İranda internetdən istifadəni güvənli hala gətirməkdir” - deyib.
Qeyd edək ki, İran prezidentinin açıqlamasının ardından bir qrup tələbə qız Rəşt şəhərinin Talışan Azad Universitetinə buraxılmayıb. Mühafizəçilər universitetin giriş qapısını bağlayaraq tələbələrə bildiriblər ki, heç bir qız makiyaj və qısa palto ilə universitetə daxil ola bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO