Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Bizim.Media "Unian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
Onun sözlərinə görə, əsir mübadiləsi Pasxa bayramı münasibəti ilə böyük həyata keçirilib:
“130 ukraynalı əsir azad edilib. Onlar əsasən Baxmut, Soledar, Zaporojye və Xerson istiqamətlərində əsir düşmüşdülər”.
Qeyd edək ki, azad edilən rusiyalı əsirlərin sayı açıqlanmayıb.
Bizim.Media